Modern.az

Bakıda şairi və dostunu bıçaqlayan AYB üzvü tutulub

Bakıda şairi və dostunu bıçaqlayan AYB üzvü tutulub

6 Mart 2015, 13:16

Bakıda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb. Paytaxtın Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü şair Mübariz Məsim oğlu Nəsibovu və onun dostu, 1960-cı il təvəllüdlü  Cavanşır Əkbər oğlu Kazımovu bıçaqlayan 1954-cü il təvəllüdlü Hürriyət Məmməd oğlu Məmmədov yaxalanıb.

Qeyd edək ki, H.Məmmədov Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. Xatırladaq ki, hadisə metronun "Qara Qarayev" stansiyası yaxınlığında baş verib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI