Modern.az

Nazir Heydər Əsədov 9 vəzifəli şəxsi işdən qovdu

Nazir Heydər Əsədov 9 vəzifəli şəxsi işdən qovdu

İqtisadiyyat

6 Mart 2015, 21:00

Bu gün kənd təsərrüfatı nazirliyində “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirilib.
Modern.az saytının xəbərinə görə, mşavirənin sonunda kənd təsəsrrfatı naziri  Heydər Əsədov “Aqrolizinq” ASC-nin rayon filiallarındakı nöqsanlardan danışaraq fliallara rəhbərlik edən bəzi şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması, lizinqə verilən texnikaların istifadəyə görə ödənişlərin vaxtında həyata keçirilmədiyi, mineral gübrələrin sənədləşməsində ciddi nöqsanlara yol verildiyi və gübrələrin dəyərinin vaxtlı-vaxtında ödənilmədiyinin nəzərə çatdırıb. Nazir Heydər Əsədov qeyd olunan nöqsan və çatışmazlıqların qısa müddətfdə aradan qaldırılması və “Aqrolizinq” ASC-nin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

Heydər Əsədov qısa müddət ərzində “Aqrolizinq” ASC-də elektron kənd təsərrüfatı sisteminin qurulması, aqroservis filiallarında mühasibat və uçot sisteminin yenidən qurulması, texnikadan səmərəli istifadə olunması, gübrəyə təlabatın düzgün müəyyənləşdirilməsi, ödənişlərin vaxtında aprılması barədə ciddi tapşırıq və tövsiyələr verib.

Müşavirədə fəaliyyətində ciddi nöqsanlara yol vermiş 8 aqroservis filialının rəhbəri işdən azad olunub, 6 rayon aqroservis rəhbərinə isə fəaliyyəti araşdırıldıqdan sonra daha ciddi ölçü götürüləcəyi nəzərlərinə çatdırılıb.

“Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədova xəbərdarlıq olunub, müavin Aydın Əzizova töhmət verilib, Aqrotexniki xidmət və təchizatın təşkili  şöbəsinin müdiri Sənan Zeynalov isə işdən azad olunub.

Yekunda  “Aqrolizinq” ASC-nin rayon Aqroservis filiallarının fəaliyyət mexanizminin təkmilləşdirilməsi, səmərələliyinin artırılması və strukturunun təkmilləşdirilməsi məqsədilə 12 regional nümayəndəliyin yaradılması məqsədəuyğun hesab edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama