Modern.az

Mərkəzi Bankın valyuta ehtiyatları son 33 ayda ən aşağı həddə düşüb

Mərkəzi Bankın valyuta ehtiyatları son 33 ayda ən aşağı həddə düşüb

İqtisadiyyat

6 Mart 2015, 22:18


Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarının martın 1-i tarixinə olan həcmini açıqlayıb. Proqnozlaşdırıldığı kimi azalma davam edib. Fevral ayında ehtiyatın həcmi 13,2% və ya 1,676 milyard dollar azalaraq, 11 milyard dollara düşüb. Bu, son 33 ayda ən aşağı həddir. Sonuncu dəfə 2012-ci ilin may ayında ehtiyatın həcmi 10,89 milyard dollar olub.

Modern.az saytı xəbər verir ki, iqtisadçı Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 7-ci aydır azalma tendensiyası nümayiş etdirir. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub – 15,2 milyard dollar. Sonrakı aylarda dünya bazarında neftin ucuzlaşması və Rusiyaya sanksiyaların tətbiq edilməsi səbəbindən azalma müşahidə edilib. Manatın sabitliyi üçün Mərkəzi Bank son üç ayda valyuta ehtiyatının 27%-ni itirib. Dekabr-fevral aylarında ehtiyat təxminən 4 milyard dollar azalıb.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, Mərkəzi Bankın valyuta azalmasına səbəb son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panikadır. O, bildidib ki, əhalinin kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat artıb və Mərkəzi Bankın bazara intervensiyasını kəskin artırıb.
”Əgər proses belə davam etsəydi, qısa müddətdə valyuta ehtiyatı “əriyərdi”. Çünki xüsusilə də yumşaq devalvasiya zamanı gündəlik intervensiyanın həcmi 500 milyon dollar olub.
Hökumət kəskin devalvasiyaya getdikdən sonra intervensiya demək olar ki, yox səviyyəsindədir. Buna görə də fikrimcə, növbəti aylarda Mərkəzi Bankın ehtiyatlarının kəskin azalması müşahidə edilməyəcək. Azalma tempi aşağı düşəcək. Hər bir halda hər şey dünya bazarında neftin qiymətinin dəyişmə istiqamətindən asılı olacaq”.

S.Əliyev deyir ki, ehtiyatın azalmasına həm də valyuta ehtiyatına daxil edilən avronun ucuzlaşması da səbəb olub.
”Ötən ay dollara münasibətdə avro 0,8% ucuzlaşıb, funt sterlinq isə 2,5% bahalaşıb. Funtun bahalaşmasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatının ikinci ən çox paya malik avronun ucuzlaşması azalmanı şərtləndirib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama