Modern.az

ABU-nun tələbələrinə və diplom ala bilməyən məzunlarına xoş xəbər

ABU-nun tələbələrinə və diplom ala bilməyən məzunlarına xoş xəbər

9 Sentyabr 2010, 19:17

Təhsil naziri Misir Mərdanovun əmri ilə bağlanan Azərbaycan Beynəlxalq Universitetinin  tələbələrinin köçürüləcəyi ali məktəblərin siyahısı rəsmən açıqlanıb.
Modern.az-ın məlumatına görə, ABU tələbələri bundan sonra aşağıdakı ali məktəblərdə oxuyacaqlar:

- «Riyaziyyat və informatika», «müalicə işi», «pediatriya» , «hüquqşünaslıq», «neft və qaz yataqlarının işlənməsi və istismarı», «ekologiya», «aqronomluq», «stomatologiya» və «tibbi biologiya» ixtisaslarında təhsil alan tələbələr – «Odlar Yurdu» Universitetində;

- «Turizm və sosial-mədəni servis xidməti», «dekorativ tətbiqi incəsənət və xalq sənəti», «maliyyə və kredit» və «dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarında təhsil alan tələbələr – Azərbaycan Kooperasiya Universitetində;

- «İbtidai təhsilin pedaqogika və metodikası» və «məktəbəqədər təhsilin pedaqogika və metodikası» ixtisaslarında təhsil alan tələbələr – Bakı Qızlar Universitetində;

- «Beynəlxalq iqtisadi münasibətlər» və «regionşünaslıq» ixtisaslarında təhsil alan tələbələr – Azərbaycan İctimai-Siyasi Universitetində;

- «Tarix və ictimaiyyət» ixtisasında təhsil alan tələbələr – Bakı Asiya Universitetində;

- «Gömrük işinin təşkili» və «vergi işinin təşkili və idarəedilməsi» ixtisaslarında təhsil alan tələbələr – Bakı Biznes Universitetində;

- «Xarici dil (ingilis dili)» və «jurnalistika» ixtisaslarında təhsil alan tələbələr – Bakı Avrasiya Universitetində;

- «Nəqliyyatda daşınmaların və idarəetmənin təşkili», «sənaye və mülki tikinti» və «bədən tərbiyəsi və idman» ixtisaslarında təhsil alan tələbələr – Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində;

«İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisasında təhsil alan tələbələr- Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında.

Nazir Misir Mərdanovun əmrinə əsasən, tələbələrin digər özəl ali məktəblərə köçürülməsini, 01.09.2010-cu il tarixə qədər təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın hazırlanmasını, təhsillə bağlı sənədlərin təhvil alınaraq arxivə verilməsini təmin etmək və digər məsələlərin həlli ilə bağlı təkliflər hazırlamaq məqsədilə aşağıdakı tərkibdə təhvil-təslim komissiyası yaradılıb:

Nəzakət Hacıyeva - Aparatın rəhbərinin müavini;
Mircəfər Nəbiyev - Xüsusi şöbənin müdiri;
Elmir Həsənov - Hüquq sektorunun müdiri;
İlyar Vahabov - Aparatın baş məsləhətçisi;
Natiq İbrahimov - Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi;
Nizami Süleymanov - Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru.

Komissiya cari ildə ali məktəbi bitirmiş və müvəffəqiyyətlə yekun dövlət attestasiya sınaqlarından keçmiş şəxslərə diplom verilməsi ilə bağlı nazirliyə müraciət edən məzunlara 10 gün müddətinə diplomların verilməsini təmin etməlidir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı