Modern.az

İdxalda monopoliya və rüşvət olmasa qiymətlər nə qədər ucuzlaşa bilər? - İqtisadçıdan AÇIQLAMA

İdxalda monopoliya və rüşvət olmasa qiymətlər nə qədər ucuzlaşa bilər? - İqtisadçıdan AÇIQLAMA

İqtisadiyyat

9 Mart 2015, 12:08


İdxalda monopoliya və rüşvətın qarşısı alındığı halda əsas istehlak mallarının qiymətləri nə qədər ucuzlaşa bilər? Modern.az saytının məlumatına görə, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu sualı cavablandırmaq üçün informasiya mənbəyi olaraq Dövlət Statistika Komitəsinin ötən il nəşr etdiyi “Xarici ticarət” və “Qiymət statistikası” nərşlərinə baxaraq, kalkulyasiya və qiymətlərin müqayisəsi metodlarını aparıb. Hesablamalar gerçək mənzərənin xeyli acınacaqlı olduğunu aşkara çıxarıb.

”Eyni zamanda təhlillər bir daha göstərdi ki, Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. Sadəcə bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız magazalarda deyil, həm də və əsasən idxalda prosesində monitorinqlər aparmalı və ayda bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini hazırlayıb, dövrü mətbuatda nəşr etməlidirlər. Bu dəfə qiymət bahalaşması mövzusunun aktuallığını nəzərə alaraq, onların əvəzinə bu işi görərək, hazırladığım müqayisəli cədvəli sizinlə bölüşürəm. Cədvəldə qirmızı ilə gerçək qiymət, yaşıl rənglə faktiki qiymət, göy rənglə idxalatçının (heç bir qeyri-rəsmi ödəniş etmədiyi halda) qazanc faizi göstərilib.
Gerçək qiymətin hesablanması zamanı idxal malına tətbiq edilən gömrük rüsumu, ƏDV və dövriyyədən vergilər, eyni zamanda nəqliyyat və digər xərclər nəzərə alınaraq, mümkün olan bütün rəsmi məsrəflər idxalda rəsmiləşidilən gömrük dəyərinin üzərinə əlavə olunmuş və gerçək qiymət müəyyənləşdirilmişdir. Bindan sonra gerçək, yəni nəzərdə tutulan qiymətlə statistika komitəsinin həmin məhsullar üzrə açıqladığı orta illik qiymət müqayisə edilib. Nəticədə müqayisəli hesablamalar aşağıdakıları göstərib:
Ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 230 faiz, bitki yagları gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu töz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 dəfədən çox bahasına satırlar.
Bu 2 səbəbdən mümkün olar bilər. Birincisi, bu və digər məhsulların idxalı monopoliyadadır, inhisarçılar qiyməti diktə edirlər, ikincisi, gömrük rüşvəti və digər qeyri-rəsmi ödənişlər malın maya dəyərindən dəfələrlə çoxdur, o da son nəticədə məhsulun satış qiymətində maddiləşir və onu bahalaşdırır. Hər 2 halda məsuliyyət İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın üzrərinə düşür.
Buyurun cənablar, hesablamalarla tanış olun, əgər həqiqətən də qiymətləri ucuzlaşdırmaq istəryirsinizsə onda monitorinqin ünvanını düzgün seçin ki, istehlakçlara və milli iqtisadiyyata da əməli faydası olsun”.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama