Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıya gəlir. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Saakaşvili Azərbaycanda rəsmi səfərdə olacaq. Məlumatı Gürcüstan prezidentinin mətbuat xidməti yayıb. Sentyabrın 14-də Saakaşvili Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək.
“Sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili arasında görüş olacaq. Sentyabrın 14-də isə Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin iştirakı ilə enerji sammitii keçiriləcək”,-deyə Gürcüstan prezidentinin mətbuat xidmətinin başçısı Natiya Bandzeladze bildirib.