Modern.az

Türkiyə Azərbaycan Dərnəyi Ağrı dağını fəth edib

Türkiyə Azərbaycan Dərnəyi Ağrı dağını fəth edib

13 Sentyabr 2010, 11:45


Türkiyə Dağçılıq Federasiyasının (TDF) təşkilatçılığı ilə 80 nəfər alpinist Ağrı dağa yürüş edib. Yürüş iştirakçılarının 37-si xarici ölkələrin təmsilçiləri olub. Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə,  Rumıniya, Bosniya-Hersoqovina, Yunanıstan, Qaradağ, Xorvatiya, Azərbaycan, İran, Makedoniya, Bolaqrıstan, Serbiya və digər ölkələrin alpinistlərinin iştirak etdiyi bu yürüşə Türkiyə Azərbaycan Dərnəyinin (TAD) üzvləri də qatılıblar.

TAD-ın sədri Sinan Oğan deyib ki, yeni fəaliyyətə başlamasına baxmayaraq TAD artıq bir neçə yaddaqalan tədbirlər keçirə bilib. Bunların sırasında Ankarada Azərbaycan gecəsi, Keçiören Bələdiyəsi ilə birlikdə Beynəlxalq Ramazan Festivalı və s. var. Ağrı Dağa çıxmış dərnək üzvləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları yazılmış lövhələri 5 min 137 metr yüksəklikdə dağın zirvəsinə bərkidiblər. 


 Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama