Modern.az

Vəzifəli şəxslərin deputatlığa gedən yolu bağlanır

Vəzifəli şəxslərin deputatlığa gedən yolu bağlanır

14 Mart 2015, 14:59

Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov dəfələrlə deputat mandatı daşıyan ali məktəb rektorları və digər icra strukturlarında çalışan şəxslərlə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) qarşısında məsələ qaldırıb.

İlyas İsmayılov Konstitusiyanın 85-ci maddəsinə istinad edərək bildirib ki, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat seçilə bilməzlər.  

Düzdür, Milli Məclisin deputatının qaldırdığı məsələlər öz həllini tapmayıb, ancaq bunun perspektivdə mümkün nəticələrə gətirib çıxaracağı da şəksizdir.  

Çünki İlyas İsmayılovun deputat mandatı ilə bağlı təkidlə üzərində durduğu bu təklifi əslində hakimiyyətdən qaynaqlanan məsələdir. Azərbaycan hakimiyyəti həqiqətən də istəyir ki, gələcəkdə deputat mandatı qazanmaq iddiasında olanlar Konstitusiyanın müddəalarına uyğun çərçivədə seçkidə iştirak etsinlər.  

Hakimiyyətdəki mənbələrdən Modern.az-a verilən məlumata görə qarşıdan gələn parlament seçkilərində rektorlar,  icra və məhkəmə sistemlərində qulluq edənlərin deputatlığa namizədliyinin irəli sürməsinin qarşısı alınacaq. Bu barədə hazırkı rektor-deputatlara, dövlət idarələrində vəzifə tutan deputatlara da xəbərdarlıq edilib.  

Yəni, neçə ildir ki, deputat olan rektorların qəzəbinə səbəb olan açıqlamalar verən İlyas İsmayılovun təklifinin reallaşacağı gün uzaqda deyil. İlyas İsmayılovun özünün isə növbəti parlament seçkisində iştirak edib-etməyəcəyi hələ ki sual altındadır.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama