Martın 13-də Azərbaycanı bu ilki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi keçirilib. Modern.az saytı xəbər verir ki, İctimai Televiziyanın baş direktoru Cəmil Quliyev və nümayəndə heyətinin başçısı Tamilla Şirinovanın da, daxil olduğu münsiflər heyəti ölkəmizi “Eurovision” müsabiqəsində təmsil etmək uğrunda mübarizə aparan son üç iştirakçının adını açıqlayıb. Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynov arasından bir nəfər ölkəmizi builki müsabiqədə təmsil etmək hüququ qazanacaq. Qalib ifaçının adı 15 martda açıqlanacaq.
Modern.az