Modern.az

Azərbaycanın “Qırmızı Kitab”ının portalı hazırlanır

Azərbaycanın “Qırmızı Kitab”ının portalı hazırlanır

13 Sentyabr 2010, 13:22

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi  ilə “Azərbaycanın nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin təbliği portalı” layihəsinə başlayıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanın Qırmızı Kitabında yer almış fauna və florasını əhatə edəcək ekoloji portalın hazırlanmasıdır. Bundan əlavə, portalda vətəni Azərbaycan sayılan heyvan və bitkilər, nadir növlər, nəsli kəsilmək üzrə olan növlər barədə ətraflı informasiya veriləcək. İctimai Birlikdən Modern.az-a verilən məlumata görə portal yerli sakinlər arasında maarifləndirmə işi aparmaqla yanaşı, eyni zamanda  Azərbaycanın füsunkar təbiəti barədə beynəlxalq aləmdə də təbliğatçı rolunda iştirak edəcək.

Qeyd edək ki, ingilis və Azərbaycan dillərində hazırlanacaq portal ölkəyə turist axınını təmin etmək baxımından da önəmli rol oynayacaq.
Xatırladaq ki,  iki ay müddətində davam edəcək  layihənin sonunda hazırlanmış  portalın geniş ictimayyətə təqdim edilməsi  pılanlaşdırılır. 

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama