Modern.az

"Borçalı" Gürcüstanda rüşvətə görə tutulan soydaşlarımızın həbsini dəstəkləyir

"Borçalı" Gürcüstanda rüşvətə görə tutulan soydaşlarımızın həbsini dəstəkləyir

13 Sentyabr 2010, 15:10

“Borçalı” İictimai Cəmiyyəti İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Modern.az-ın məlumatına görə, gündəlikdə “Elat mədəniyyəti” tədbirinin inteqrasiya prosesində rolu və yeri, “Borçalı” Cəmiyyətinin qarşısında duran vəzifələr müzakirə mövzusu olub. Geniş müzakirələrdən sonra “Borçalı türklərinin Elat Mədəniyyəti günü” tədbirinin gürcü cəmiyyəti ilə qarşılıqlı inteqrasiya prosesində rolu yüksək  qiymətləndirilərək bu tədbirin hər il iyul ayının 26-da Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylağında keçirilməsi haqda müvafiq qərar qəbul edilib. Eyni zamanda bu ilki tədbirin baş tutmasında xüsusi fəallıq göstərdiyi üçün Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə, səfirliyin əməkdaşları Şövqi Mehdizadə və Fəxri Hacılara təşəkkür elan olunub. Müzakirələrdə son zamanlar Gürcüstanda ayrı-ayrı məsul vəzifələrdə çalışan etnik Azərbaycan türklərinin rüşvət alarkən yoxlanmaları təəssüflə qeyd edilib. Bu cür neqativ halların Gürcüstanda milli azlıq olan Borçalı türklərinin nüfuzuna ciddi zərbə olduğu qeyd olunmaqla rəhbər vəzifələrdə çalışan soydaşlarımıza xüsusi müraciət qəbul edilib. Müraciətdə deyilir ki, “Borçalı” Gürcüstanda korrupsiya və rüşvətxorluğa qarşı total mübarizəni birmənalı dəstəkləyir. ““Borçalı” Cəmiyyəti olaraq rüşvət və korrupsiyaya qurşananların qanun qarşısında cavab vermələrini  dəstəkləməklə, məsul vəzifəli soydaşlarımızı və bütövlükdə özünü demokratik Gürcüstanın vətəndaşı hesab edən hər kəsi öz davranışları ilə yaxşı nümunə olmağa, rüşvətsiz, korrupsiyasız cəmiyyət quruculuğunda fədakarlıq göstərməyə çağırırıq”.

İclasda qeyd olunub ki, bu il Gürcüstanda milli azlıqların ali məktəblərdə təhsil almaları üçün yeni qaydalar tətbiq olunub, 1+4 təhsil modeli nəticəsində Kvemo-Kartli (Borçalı) bölgəsi üzrə 56 nəfər soydaşımız yüksək bal toplayaraq Gürcüstanın ali məktəblərinə daxil ola bilib. Qəbul olunmuş tələbələr növbəti bir  il ərzində hazırlıq kursu keçərək gürcü dilini mükəmməl öyrənəcək, sonrakı illərdə isə öz ixtisasları üzrə təhsil alacaqlar.
“Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyəti ali məktəblərə qəbul olunan 56 tələbəni mükafatlandırmaq haqqında qərar qəbul edib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama