Modern.az

İctimai birlik qaçqın və köçkün məktəblərin problemlərini araşdıracaq

İctimai birlik qaçqın və köçkün məktəblərin problemlərini araşdıracaq

13 Sentyabr 2010, 17:38

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirovun Modern.az-a bildirdiyinə görə yeni tədris ilinin başlanması münasibətilə işğal olunmuş rayonların Bakı şəhərində, eləcə də digər bölgələrdə fəaliyyət göstərən orta məktəblərində tədrisin səviyyəsi, maddi-texniki bazası və s. tanış olmaq məqsədilə görüşlər keçirməyi planlaşdırıblar.

“Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının bu layihəsinin əsas məqsədi işgal olunmuş rayonların orta məktəblərində vəziyyət, gənc kadrların məktəblərdə işlə təmin olunmalarında yaranmış problemlərin araşdırılması, məktəb-valideyin münasibətlərinin və s. təhlil olunması, Təhsil Nazirliyi və işğal olunmuş rayonların İcra hakimiyyətləri ilə birgə rast gəlinən problemlərin aradan qaldırılmasına köməklik göstərməkdir.
Məktəblərdə şagirdlərin  hərbi-vətənpərvərlik səviyyəsinin araşdırılması, tədrisdə davamiyyət, ixtisaslı kadrlar məsələsi  də bu günün əsas problemlərindəndir”.

Bu layihənin icrasına şərait yaradılması üçün Təhsil Nazirliyinə məktub ünvanlandığını bildirən Vüqar Qədirovun sözlərinə görə 2010-cu ildə respublikamızın ali təhsil müəssisələrinə qəbul olunmuş qaçqın və məcburi köçkün tələbələrlə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama