Modern.az

Millət vəkilləri Toğanadakı hərbi hissəyə getdilər

Millət vəkilləri Toğanadakı hərbi hissəyə getdilər

21 Mart 2015, 12:21



Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkilləri, Nəsimi Rayon Təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı və YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova Müdafiə Nazirliyinin Şəmkir Korpusunun Toğanada yerləşən Hərbi Hissəsində Novruz bayramı münasibətilə əsgərlərlə birgə bayram keçiriblər.
Tədbirdə Türkiyədən Azərbaycanda Novruz tədbirlərinə gəlmiş AKP-dan millət vəkili İsmayil İşıq, “Qarabağ” kitabının müəllifi, Mərmərə Universitetinin professoru Okan Yaşılot, TİKA-nın başqan yardımçısı professor Surayya bey, Bakı Kordinatoru Mustafa Haşim Polat və digər qonaqlar iştirak edib. Tədbirdə bədii proqramla bərabər YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə hazırlanmış “Sizinlə Qürür Duyuruq cənab Ali Baş Komandan” filmi də göstərilib.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU