Modern.az

Bakının mərkəzində bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ

Bakının mərkəzində bu yollar bağlanacaq - Sürücülərə XƏBƏRDARLIQ

İqtisadiyyat

21 Mart 2015, 22:00



“Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib. Modern.az saytı xəbər verir ki, “Azəryolservis” ASC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, martın 22-də səhər saatlarından Bakının Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün qapadılacaq. Buna səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.

İşlərin yaxın bir neçə gün ərzində başa çatdırılması nəzərdə tutulur.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama