Tanınmış jurnalist Aynur Elgünəşin ailəsinə ağır itki üz verib. Modern.az saytı xəbər verir ki, xanım jurnalistin atası Telman Qəmbərov yol qəzasında ölüb. Hadisə Mingəçevir şəhərində baş verib. Telman Qəmbərov sərnişin avtobusunun “VAZ-2109” markalı avtomobillə toqquşması nəticəsində dünyasını dəyişib.