Azərbaycanda yol hərəkəti qaydaları ilə bağlı informasiya portalı istifadəyə verilib. Sayt “ProDemos” İctimai Birliyi tərəfindən hazırlanıb. Bu barədə
Modern.az saytına “ProDemos” İctimai Birliyinin sədri Kamal Cəfərov məlumat verib. “Sukan.az” portalında sürücülük vəsiqəsinin alınması üçün verilən suallara oxsar onlayn avto test yaradılıb.
Vətəndaşlar suallara cavab verməklə imtahana hazır olub olmamalarını müəyyən edə biləcəklər. Həmçinin saytda yol hərəkəti sahəsində normativ sənədlər, yol nəqliyyat hadisələri haqqında xəbər lenti, və video materiallar mövcuddur. Saytın xdimətlərindən istifadə etməklə vətəndaşlar piyadaların məsuliyyəti, piyada-sürücü münasibətləri, yol nəqliyyat hadisələri zamanı zəruri addımlar barədə məlumatları əldə edə bilərlər.
“Sukan.az” portalında mövcud olan avtomobillər üçün texniki baxış və gömrük rəsmiləşdirməsi kalkulyatorlarından istifadə etməklə qanunla müəyyən edilmiş ödənişlərin məbləği barədə hesablamalar aparmaq olar. Saytın yaradılmasında məqsəd vətəndaşları sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlamaq, insanları daimi və operativ vasitələrlə yol hərəkəti və təhlükəsizliyi qaydaları barədə məlumatlandırmaq, məktəbliləri daha asan və yaddaqalan üsullarla yol hərəkət qaydaları haqqında maarifləndirmək, sürücü və pidaya etikasının, sürücülər arasında və piyadalara münasibətdə bir-birinə hörmətin təşviq edilməsindən ibarətdir
Modern.az