Modern.az

Ənvər Paşanın nəvəsi ilk dəfə Bakıya gəlir

Ənvər Paşanın nəvəsi ilk dəfə Bakıya gəlir

29 Mart 2015, 10:14


Türkiyə hərb tarixinin ən önəmli simalarından biri və Azərbaycan üçün də gərəkli addımlar atmış  Ənvər paşanın nəvəsi Osman Mayatepek aprelin 2-də ilk dəfə olaraq Azərbaycana gələcək.

Modern.az saytının məlumatına görə Osman Mayatepek Azərbaycana səfəri çərçivəsində media nümayəndələri və tarixçilərlə görüş keçirəcək.

Qeyd edək ki, Osman Mayatepek babası Ənvər paşa haqqında kitab çap edib.

“Dədəm Ənvər paşa” adlanan kitabda müharibə illərinin hərbi naziri olmuş Ənvər paşa haqqında ayrı-ayrı mənbələrdə rast gəlinən tarixi yanlışlıqlar qabardılıb və onların düzgün variantları diqqətə çatdırılıb.

Osman Mayatepek bir müddət öncə Modern.az-a müsahibəsində bildirmişdi ki, kitabının təqdimat mərasimi Türkiyədən sonra, Bakıda da keçiriləcək. Ənvər paşa Türkiyənin hərbi naziri olub. Məhz onun dönəmində yaradılmış Qafqaz İslam Ordusu 1918-ci ildə Bakını bolşevik və daşnaklardan azad edib. Qafqaz İslam Ordusunun komandanı Ənvər paşanın qardaşı Nuru paşa olub.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI