Modern.az

Brilliant Dadaşovanın nadir şəkilləri itib: “Onları gətirənə mükafat verəcəm!”

Brilliant Dadaşovanın nadir şəkilləri itib: “Onları gətirənə mükafat verəcəm!”

1 Aprel 2015, 15:20

Xalq artisti Briliant Dadaşovanın fotoşəkilləri itib. Modern.az saytına açıqlama verən Briliant Dadaşova bildirib ki, şəkillər onun uşaqlıq dövrünü əhatə edir:

“Yadımda bir şəkilim qalıb. O şəkildə mən hind geyiminə idim. Hətta gözümə sürmə də çəkmişdilər. Şəkilə baxanda bilinirdi ki, 7-8 yaşında uşağın üzündə kosmetika var. Hamısı çox maraqlı və dəyərlidir mənim üçün. Həmin şəkilləri mənə gətirənə mükafat da verəcəm.
Təxminən 12 il bundan öncə bir jurnal və ya qəzet haqqımda nəsə dərc etməli idi. Bir jurnalist şəkillərimi apardı, bundan sonra da gəlib çıxmadı. Həmin jurnalistin kimliyi yadımda qalmayıb”.

Mükafatın  nə olacağına gəlincə, Xalq artisti bildirib: “O şəxs şəkillərimi gətirsin, bilsin nə mükafatıdır”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI