Modern.az

Gənclərə prezidentlərin rollarını oynadacaqlar

Gənclərə prezidentlərin rollarını oynadacaqlar

16 Sentyabr 2010, 13:51

Humanitar Tədqiqatlar Cəmiyyəti özünün sülhyaratma fəaliyyəti çərçivəsində bu il ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı debatlar” layihəsinin icrasına başlayıb.  

Modern.az
-ın məlumatına görə, layihə gənclər arasında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inamın artırılmasına dəstək, gəncləri münaqişənin nizamlanması istiqamətində gedən proseslər barəsində məlumatlandırmaq və sülhə nail olmağın imkanlarını araşdırmağı qarşısına məqsəd qoyub.   

Layihə çərçivəndə münaqişənin həlli istiqamətində atılan addımlar barədə gənclərə tanınmış politoloqların mühazirələri, xalq diplomatiyasının roluna həsr olunmuş debatlar, 4 mövzu üzrə simulyasiya oyunları təşkil ediləcək.  

Layihə zamanı yeni internet texnologiyanın imkanlarından istifadə edərək gənclərin cəmiyyətdə münaqişə ilə bağlı müzakirələrə, sülhyatarma işində dəstək olan ideyaların reallaşdırılmasına yönələn fəaliyyəti dəstəklənəcəkdir.  

HTC direktoru Əvəz Həsənov qeyd edib ki, “layihədə Azərbaycanda Qarabağ münaqişəsinin həllində gənclərin fəal iştirakına yönələn və onları bu proseslərin aktiv tərəfinə çevirə biləcək onlarla müxtəlif tədbirlər nəzərdə tutulub. İndiyə kimi bu istiqamətdə onlarla tədbirlər keçirməyimizə baxmayaraq, bu layihənin məhz danışıqların indiki mərhələsində cəmiyyətə təsirinə inanırıq. Layihədə simulyasiya oyunları zamanı gənclər Azərbaycan və Ermənistan prezidentləri və cəmiyyətin aparıcı siyasi və ictimai fiqurlarının rolunu oynayacaqlar”.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama