Modern.az

Ziya Məmmədov “Azəryolservis”ə yeni sədr müavinləri təyin etdi

Ziya Məmmədov “Azəryolservis”ə yeni sədr müavinləri təyin etdi

İqtisadiyyat

3 Aprel 2015, 13:26


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub. Qurumun Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama