Modern.az

Əliağa Hüseynov: “Deputat olmaq istəyirəm”

Əliağa Hüseynov: “Deputat olmaq istəyirəm”

16 Sentyabr 2010, 15:15

Salyan rayon İcra Hakimiyyətinin hazırki başçısı, Azərbaycan Respublikasının sabiq baş hərbi komissarı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Modern.az bu xəbər alan kimi öncə Dairə Seçki Komisyyasının sədri Səlamət Kərimovla əlaqə saxlayıb və o, saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

S.Kərimov deyib ki, rayon İcra Hakimiyyətinin başçısı namizəd olmaq üçün sənədlərini artıq DSK-ya təqdim edib. DSK sədri bildirib ki, hələlik generala imza vərəqələri verilməyib. Sənədlər yoxlanıldıqdan sonra Əliağa Hüseynova imza vərəqələri veriləcək. İmza vərəqələri ona verilən kimi qanuna uyğun olaraq Ə.Hüseynovicra başçısı vəzifəsindən məzuniyyətə çıxacaq.

“Yəni onda Əliağa Hüseynov artıq icra başısı səlahiyyətlərini icra edə bilməyəcək”.  

Salyan rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov da Modern.az-a açıqlaqmasında məlumatı təsdiqləyib. “Bəli, mən deputat olmaq istəyirəm”-deyən icra başçısı sənədlərini DSK-ya təqdim etdiyini bildirib. 

Qeyd edək ki, 59 saylı Salyan seçki dairəsini hazırda Milli Məclisdə deputat Əkrəm Abdullayev təmsil edir.

Əliağa İzzət oğlu Hüseynov 1946-cı ildə Salyan şəhərində anadan olub. 1970-ci ildə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnistitutunun mühəndis-mexanik fakultəsini bitirib. 1972-ci ildə Bakıda Marksizm – Leninizm Universitetində siyasi təhsil alıb. Həmin ildən başlayaraq  hərbi komissarlıq sistemində işləyib.  
General-leytenant Əliağa Hüseynov uzun müddət Azərbaycan Respublikasının baş hərbi komissarı vəzifəsində çalışıb. 2009-cu il 10 noyabr tarixində Prezidentin sərəncamı ilə o, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb və 2009-cu il 11 noyabr tarixində Salyan rayon İcra Hakimiyyətinə başçı təyin olunub.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu