Modern.az

"Media və seçkilər”in təqdimatı olacaq

"Media və seçkilər”in təqdimatı olacaq

16 Sentyabr 2010, 15:57

17 sentyabr 2010-cu il tarixdə Avropa Şurası və Azərbaycan Mətbuat Şurasının birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması adlı kitabçaların təqdimatı keçiriləcək. Mətbuat Şurasından Modern.az-a verilən məlumata görə, kitabçaların nəşri layihəsi ölkəmizdə noyabrda baş tutacaq parlament seçkisinə dəstək üçün Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində reallaşdırılıb.  

Yeni nəşrlərin buraxılışından məqsəd jurnalistlərin seçkiləri ədalətli və balanslı işıqlandırmaları sahəsində biliklərinin artırılmasıdır. Təqdimat mərasimində televiziya, radio, qəzet və onlayn media nümayəndələri, həmçinin jurnalist təşkilatlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak edəcəklər.  
Tədbir saat 12.00-dan 13.00-a qədər Azərbaycan Mətbuat Şurasında keçiriləcək.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama