Modern.az

Əli Həsənovun 55 illik yubileyindən FOTOLAR

Əli Həsənovun 55 illik yubileyindən FOTOLAR

Reportaj

5 Aprel 2015, 13:35

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təxminən bir ay öncə - martın 10-da 55 illlik yubileyini qeyd etdi.
Modern.az saytının məlumatına görə, Əli Həsənovun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi onun 55 illik yubiley tədbirindən fotolar yayıb.

Fotosessiyadan məlum olur ki, tədbirdə millət vəkilləri, tanınmış ictimai-siyasi simalar iştirak ediblər.

Qeyd edək ki, Əli Həsənov 1994-95-ci illərdə Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinin müdiri olub. 1995-ci ilin sentyabrında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə müdir müavini təyin olunub. 1996-cı ildən isə bu şöbəyə rəhbərlik edib.
2005-ci ildən şöbə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi adlanır.
Əli Həsənov 1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Modern.az saytı PA rəsmisinin yubiley tədbirindən çəkilmiş həmin fotoları təqdim edir.





































A.Qorxmaz


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu