Modern.az

Elçibəyin oğlu: “Fövqəladə Hallar Nazirliyində işləyirəm, sentyabrda da evlənəcəm”

Elçibəyin oğlu: “Fövqəladə Hallar Nazirliyində işləyirəm, sentyabrda da evlənəcəm”

6 Aprel 2015, 10:58

“Artıq  9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”.  Bunu Modern.az saytına açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.

“İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri  mənə telefon zəngi belə, açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.

Ərturqut Əliyev toyunun nə vaxt olacağı  ilə bağlı da açıqlama verib.

“Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.

Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə, mətbuata açıqlamasında  FHN-də işə düzəlməsini inkar etmişdi. Dayısı Mirmöhsün Mahmudov isə onun FHN-də kurs keçdiyini demişdi. Həmçinin, bu ilin yanvar ayının 30-da Ərturqut Əliyevin nişan mərasimi keçirilib.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi