Modern.az

Atatürkün ölümü ilə yeni iddia - FOTOLAR

Atatürkün ölümü ilə yeni iddia - FOTOLAR

6 Aprel 2015, 11:50

 

"Mustafa Kamal Atatürkü İsmət İnönü zəhərləyib". Modern.az Türkiyənin “Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, meydana çıxan sənədlər 77 ildir qulaqdan-qulağa dolaşan "Atatürk zəhərləndi” iddiasının doğru olduğunu və sui-qəsdin İsmət İnönü tərəfindən təşkil olunduğunu göstərib.

77 ildir yalnız dost məclislərində gündəmə gələn “Atatürk ölmədi, zəhərləndi” iddiaları ilə bağlı tarixi sənədlərdə bu məsələ öz əksini tapıb. 57 yaşında həyatını itirən Atatürkün öz əcəli ilə ölmədiyi, zamanın qüdrətli rəhbərləri və həkimlərinin onun “zəhərləndiyi”nə dair iddiaları tez-tez dilə gətirilsə də, bu, məhdud bir müzakirədən uzağa getməmişdi. 

“Yeni Şafak”ın əldə etdiyi sənədlər zəhərlənmə hadisəsinin gerçək olduğunu, şəxsən İsmət İnönü tərəfindən təşkil olunduğunu ortaya qoyur.

Son olaraq keçmiş baş nazir Bülent Ecevitin həkimi Mücahid Pəhlivan “Atatürk zəhərləndi” deyərək qəbrin açılmasını və Mustafa Kamalın nəşinə DNT testi tətbiq olunmasını təklif etmişdi.  

Keçən həftə Fəthullah Gülənin 1960-1970-ci  illərdəki əlaqələrini sənədlərlə ortaya çıxaran sözügedən nəşr, “Atatürkə istiqamətli sui-qəsd” düyününü də açır.  Mənbə iddia edir ki, Türkiyənin ikinci prezidenti İsmət İnönü, CHP baş katibi Qasım Güləklə daxili işlər nazirləri Şükrü Kaya və Hıfzı Oğuz Bekatanın yazışmaları Türkiyəni dərindən sarsıdacaq ciddi müzakirələrə mövzu olacaq.

İlk sənəd daxili işlər naziri Şükrü Qayanın 30 iyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4,5 ay əvvəl İsmət İnönüyə göndərdiyi yazı. Kaya yazıda “Təsis etdiyimiz həkim vəzifəsini layiqincə icra etdi qənaətindəyəm" deyib.  Kayanın Atatürkün müalicəsiylə əlaqədar normal bir məlumatlandırma mətni imiş kimi görünən yazısı bir neçə cümlə sonra fərqli bir məcra alır:   “Hər şey yolunda və məcrasındadır. Sizləri cümhurrəisi olaraq görmək arzusu hamımızda hasil olub. Ehtiramla əllərinizdən öpürəm əfəndim".  


Məktuba görə, Atatürk həkimlərdən şübhələndiyi üçün əcnəbi təbibləri özündən uzaqlaşdırır və “məni türk həkimlərinə əmanət edin” təlimatı verir.   CHP-li daxili işlər naziri Şükrü Kaya baş nazir İnönüyə göndərdiyi məktubda Atatürkün yanına yerləşdirilmiş həkimin “vəzifəsini layiqincə icra etdiyindən” bəhs edir, “sizləri yaxında cümhurrəisi olaraq görəcəyik” deyir.    

“Çox qiymətli böyüyüm İsmət İnönü. Cümhurrəisimizin xəstəliyi gün keçdikcə irəliləməkdə, ətrafında sizə qarşı bəzi tədbirlər aldığını eşitdikcə, çox təəssüflənirəm. Təşkil etdiyimiz həkimin vəzifəsini layiqincə icra etdiyi qənaətindəyəm.   Atatürkün zəhərləndiyi iddialarını gücləndirən sənədin tam mətni bu şəkildədir:

Cümhurrəisimiz həkimlərdən çox şikayət edib, “məni türk həkimlərinə əmanət edin” deyib. Xarici həkimləri uzaqlaşdırmaq istəyir. Hər şey yolunda və məcrasında seyr etməkdədir.

Sizləri cümhurrəisi olaraq görmək arzusu hamımızda hasil olmuşdur. Ehtiramla əllərinizdən öpürəm əfəndim. Terapiya vəkili / Şükrü Kaya”.

İkinci sənəd isə Atatürkün zəhərləndiyinə dair müzakirələrin 20 il sonra dövlətin zirvəsindəki bəzi adların başını ağrıdacaq və ölüm təhdidlərinə belə, səbəb olacaq şəkildə yenidən gündəmə gəldiyini göstərir. CHP baş katibi Kasım Gülək 26 fevral 1959-cu il tarixindəki yazısında daha sonra Daxili İşlər Nazirliyinə gətiriləcəkHıfzı Oğuz Bekatayı xəbərdar edir.  

“Atatürkün zəhərləndiyinə bağlı hesabatı” başqaları paylaşdığı üçün Bekataya reaksiya göstərən Gülək “bu mövzu səni də, məni də aşar, altından çıxa bilmərik. Sən də altında qalarsan mən də. Keçmişdə edilən səhvləri kompensasiya etmək ehtimalı belə, olmadığını yaxşı bilirsən” deyib.  

Gülək yazının davamında adını yazmadığı bir şəxsin MAH-ın (MİT-dən əvvəlki kəşfiyyat quruluşu) adamları olduğuna diqqət çəkib və Bekataya “sənin işini bitirirlər” deyə göz dağı verib.    

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu