Modern.az

May ayındakı qeyri-iş günləri açıqlandı

May ayındakı qeyri-iş günləri açıqlandı

8 Aprel 2015, 11:59


May ayında Azərbaycanda bayram günlərinin tarixləri açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilir ki, gələn ay 9 may faşizm üzərində qələbə günü və 28 may - Respublika Günü qeyri-iş günləridir.

Lakin 9 may şənbə gününə düşdüyü üçün, Əmək Məcəlləsinə əsasən növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. Beləliklə də 9, 10, 11 may tarixləri dalbadal qeyri-iş günləri olacaq.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Modern.az

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu