Modern.az

"Dollara tələbatın artmasının səbəbkarı Mərkəzi Bankdır"

"Dollara tələbatın artmasının səbəbkarı Mərkəzi Bankdır"

9 Aprel 2015, 14:31

Manatın fevralın 21-dəkı devalvasiyasından sonrakı qeyri-müəyyənlik təkrar olunmaqdadır. Belə ki, dolların 2 manata qədər bahalaşacağı haqda proqnozlardan sonra valyutadəyişmə məntəqələrinin bəzilərinin qarşısında sıxlıq müşahidə edilməkdədir. Məsələ burasındadır ki, məntəqələrdə valyutaların dəyişdirilməsi Mərkəzi Bankın elan etdiyi rəsmi kursdan xeyli fərqlənir.

İqtisadçı-alim Vüqar Bayramov Modern.az-a məsələnin mahiyyətini izah edib:

“Mərkəzi Bankın qaydaları valyutadəyişmə məntəqələrinə imkan verir ki, iki faizlik marj müəyyənləşdirə bilsinlər. Bu o deməkdir ki, həm alış, həm də satış kursu Mərkəzi Bankın rəsmi kursundan çox ola bilər. Həmin iki faizlik marjın ən yuxarı və ya ən aşağı həddinin müəyyənləşdirilməsi tələbatla formalaşır.

Mərkəzi Bankın aprelin 7-i və 8-də manatın məzənnəsini dollara nisbətdə hiss ediləcək səviyyədə rəsmi olaraq aşağı salması dollara tələbatı artırıb. Tələbat artdığı üçün valyutadəyişmə məntəqələrinə müraciət edənlərin sayında artımlar var”.

Ekspert hesab edir ki, Mərkəzi Bank məntəqələrə marj verdiyi üçün onlar da təbii olaraq bu hüquqdan ən yüksək həddə istifadə edir: “Bizim monitorinqlər göstərir ki, bütün valyutadəyişmə mətəqlələrində Mərkəzi Bankın rəsmi kursuna uyğun olaraq iki faizlik marj ödənilir. 21 fevraldakı devalvasiyadan sonra bir sıra məntəqlərdə vəziyyətdən sui-istifadə edilsə də, son günlər buna riayət olunduğu müşahidə edilməkdədir. Valyuta dəyişmə məntəqələri maksimum həddi seçiblər, bu da dollara tələbatın yüksək olması ilə bağlıdır.

Mərkəzi Bankın valyutadəyişmə məntəqələrinə verdiyi limit rəqabətə imkan yaradır. Bütün məntəqlər eyni kursu müəyyən etsə, bu valyuta bazarında rəqabətin yaranmasına imkan verməz. Digər tərəfdən, limitin verilməsi valyutadəyişmə məntəqlərinə səlahiyyət verir ki, bazardakı tələbə uyğun olaraq məzənnəni müəyyənləşdirə bilsinlər. Bu əksər ölkələrdə, bəzilərində 2, bəzilərində 3 faizlik marjlarla tətbiq olunur. İstisna olaraq bir neçə dövlət belə limitlərdən imtina edib”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama