Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın təhlükəsizlik məsələləri üzrə müşaviri işləmiş Qarnik İsaqulyan bildirib.
Qarnik İsaqulyan Robert Köçəryanın siyasətə qayıdışı ilə bağlı məsələni şərh edərkən deyib ki, sabiq prezident özünə dayaq axtarır.
O bildirib ki, Robert Köçəryanın fəaliyyəti Dağlıq Qarabağda və Ermənistanda hər kəsə məlumdur.
“Əksəriyyət onun fəliyyətindən razıdır”,-deyə o söyləyib.
Qeyd edək ki, Ermənistanda 2018-ci ildə keçiriləcək prezident seçkilərində Robert Köçəryanın iştirakı barədə fərziyyələr səslənir.
Belə fikirlərin dolaşdığı bir zamanda “Qarabağ klanı”nın əsas simalarından biri olan Robert Köçəryan prezident Serj Sərkisyanın siyasətini kəskin tənqid edən fiqura çevrilib.
Halbuki, Robert Köçəryan və xələfi Serj Sərkisyan əvvəllər “Qarabağ klanı”nın öncül siyasətçiləri hesab edilirdilər. Prezident seçkisi öncəsi isə artıq “Qarabağ klanı” daxilində də siyasi gərginlik müşahidə edilir.
Aqşin Kərimov