Modern.az

“PSİXOLOQ MƏSLƏHƏTİ” - Bunları liderlərdən oğurlayın və lider olun - MARAQLI

“PSİXOLOQ MƏSLƏHƏTİ” -  Bunları liderlərdən oğurlayın və lider olun - MARAQLI

Qarabağ

10 Aprel 2015, 01:24

 

Modern.az bu yazısında ətrafda olan liderlərdən müəyyən kriteriyaları “oğurlayıb” onları qabaqlamağın qaydalarını göstərəcək:

Hər bir sahənin öz liderləri var ki, onlar hər zaman insanda o mərtəbəyə necə çatmaları haqqında sual yaradırlar. Sual etmək yaxşı haldır, amma biz də  olduğumuz ofisdə, qurmaq istədiyimiz biznesdə özünü təsdiq edən liderlərdən biri olmaq istəyiriksə aşağıdakı “oğurluqları”  mütləq etməliyik. Narahat olmağa dəyməz. Bunlar müsbət oğurluqlardı və sizləri heç bir məsuliyyətə cəlb etməz.

Harvard Universitetiin professoru “Nailiyyətli cəmiyyət” kitabının müəllifi D. Maklennad belə bir nəticəyə gəlib: “nümunə götürəcəyimiz qrup, yaxud, hansısa şəxs ya şəxslər bizim nailiyyətlərimizin 95 faizini müəyyən edir. “ Doğurdan da elədir. Uğur bizim üçün yenidir. Amma o bizdən əvvəl hansısa insanlarda müxtəlif formalarda cəm alıb, qərar tutub. Onu özündə yerləşdirə bilən adam sonradan lider adını alıb. Nə olar ki! Biz də ondakı gizli uğurun sirrini oğurlamaq üçün bu qaydalara əməl edərik:

1.Bütün bu insanları yəni, liderləri birləşdirən ümumi cəhətləri özümüz üçün müəyyən etməliyik;

2. Onların gündəlik işlərini necə təşkil etdiklərini və hansı planlaşmadan istifadə etdiklərini mütləq öyrənməliyik. Bu çox vacibdir;

3. Geyim, danışıq və rəftar tərzini mənimsəməliyik. İnanın nə geyinən, nə yeyən, nə də uyğun rəftar edən onlar deyil. Onları geyindirən də, yedizdirən də , rəftarını müəyyənləşdirən də xüsusi uğur metodlarıdır. Onlar artıq qazandığı uğurların və liderlik vərdişlərinin köləsidirlər. Biz bunlara diqqət etməklə əslində həmin vərdişləri oğurlamış oluruq;

4. onlar hansı kitablar oxuyur və boş vaxtlarını necə keçirirlər. Bir dəqiqə səbr edin və bu bəndi boş söz adlandırmayın. Bizim gözəl məmləkətdə gözəl bir misal var:

Bu liderlər ki, var qurdu çaya susuz aparıb gətirəndirlər. Onların oxuduğu hər bir kitab azı min kitab arasından seçilən lazımlılıq göstəricisidir. Hələ ki, bu qədər. Əsası odur ki, başqalarını düzgün müşahidə edib, onlarda var olanı düzgün mənimsəmək lazımdır. Bir şərtlə ki, həmin “başqaları” bir çox insanlardan fərqlənən liderlər olsun.

Elmin NURİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu