Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apelyasiya komissiyası 1 sentyabr 2010-cu ildə yekunlaşmış növbəti maliyyə yardımı müsabiqəsinin nəticələrilə bağlı Şuraya daxil olmuş müraciətlərə baxıb.
Modern.az-ın məlumatına görə, komissiya aşağıdakı heyətdə toplaşmışdır:
Əliməmməd Nuriyev – Şuranın üzvü
Fərasət Qurbanov – Şura katibliyinin icraçı direktoru
Səbinə Əvəzqızı – “Lent. az” informasiya saytının əməkdaşı
Qiyas Məmmədov – müstəqil ekspert
Müsabiqəsinin nəticələri ilə bağlı apelyasiya komissiyasına 3 təşkilatdan ərizə daxil olmuşdu. Bu təşkilatlar aşağıdakılardır:
Demokratik Gənclər İctimai Birliyi
“Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi
“Səyahət” Turizmin İnkişafına Kömək İctimai Birliyi
Komissiya müraciətləri QHT nümayəndələrinin iştirakı ilə fərdi qaydada müzakirə edib və Şuranın həmin layihələr üzrə qərarını qüvvədə saxlayıb.
Müzakirələrdə layihələrin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat və layihə rəhbərlərinin diqqətinə çatdırılıb. Gələcəkdə layihələrin daha aktual mövzulara həsr edilməsi, eləcə də layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin praktik əhəmiyyətinə xüsusi diqqət verilməsi tövsiyə edilib.
Modern.az