Modern.az

Mərkəzi Bank: "Banklara manatla kreditlərin verilməsi qadağan olunmayıb"

Mərkəzi Bank: "Banklara manatla kreditlərin verilməsi qadağan olunmayıb"

10 Aprel 2015, 13:21


Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı tənzimləyici tərəfindən hər hansı bir göstəriş verilməyib.

Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama