“Qafqazinfo”ya açıqlamasında xalq artisti İlhamə Quliyeva bildirib ki, Dostəliyeva məhkəmədə uduzduğu pulu vermədiyi üçün həmkarının həbs olunmasını istəyir:
“Nazpəri ötən həftə mənə məhkəmədə uduzduğu 20 min manatı ödəyəcəyini desə də, vədinə əməl etmədi. Onun maşını da, evi də var. Satsın, mənim pulumu ödəsin. Burada başqa söhbət ola bilməz. O pul mənə aid deyil. Məbləğ ahıl qocalara, kimsəsiz uşaqlara, Qarabağ müharibəsinin iştirakçılarına veriləcək, onlar məndən bu pulu gözləyirlər. Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova müraciət edirəm. Xahiş edirəm ki, bu məsələ yoluna qoyulsun. Bilirəm ki, o qadının buna imkanı çatır və mənim pulumu ödəyə bilər.
Əgər pulumu ödəməsə, polis Nazpərini qandallayıb aparsın. İyulun 23-də Ali Məhkəmənin Mülki Kollegiyası qərar qəbul edib ki, Nazpəri Dostəliyeva mənə 25 min manat ödəməli və üzr istəməlidir. O, 5 min manat ödəyib. 20 min manatı gözləyirəm. Lakin qaçıb gizlənir. Mənim şərəf və ləyaqətim təhqir olunub. Bu məsələ cəzasız qala bilməz. Nazpəri pulu ödəməsə həbs olunacaq”.