Bir həftədən artıqdır ki, Azərbaycana məxsus və içərisində 15 azərbaycanlı olan gəmi Volqa çayının daşması nəticəsində təhlükə ilə üzləşib.
Gəmidə olan Ağcabədi sakinin yaxınlarının verdiyi məlumata görə, sonuncu dəfə ekipaj üzvü ilə 3 gün öncə əlaqə saxlaya biliblər.Cavab olaraq bildirilib ki, vəziyyət yaxşı deyil. Volqa çayında su bolluğu yaranıb. Buna görə də gəmi təhlükə ilə üzləşib.
Hər hansı istiqamətində hərəkət etmək mümkün deyil. Buna görə də gəmi üçün ciddi təhlükə var. Hətta kömək olmasa gəminin batma ehtimalı böyükdür. Üstəlik küləyin güclənməsini bura əlavə etsək həyacan təbili çalmağın zamanıdır.
Məlumatı indiki saatlarda aldığımızdan məsələni Xəzər Dəniz Gəmiçilik İdarəsi ilə dəqiqləşdirə bilmədik.
Gün ərzində daha geniş məluat verməyə çalışacağıq.
Modern.az