Bu il iyun ayının 7-dəTürkiyədə keçiriləcək parlament seçkilərinin Azərbaycan üçün də mühüm əhəmiyyəti var. Çünki, qardaş ölkədə keçiriləcək parlament seçkilərinin nəticələrinə uyğun olaraq Azərbaycana yönəlik siyasətdə də müəyyən dəyişikliklərin olacağı gözlənilə bilər.
Türkiyədə yaşayan və səsvermə hüququna malik olan azərbaycanlılar da keçiriləcək seçkilərdə aktiv iştirak edəcəklər.Modern.az saytının məlumatına görə İzmirdə yaşayan azərbaycanlılar Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertelə səs verəcəklər.
Onlar bunu onunla əlaqələndirirlər ki, Atilla Sertel jurnalistlik dövründə Azərbaycanın dərdlərinə həmişə həssaslıqla yanaşıb, hətta bir neçə dəfə İzmirdə Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə rəhbərlik edib.
Bununla yanaşı, Atilla Sertel Türkiyənin ondan artıq şəhərində Azərbaycanla bağlı tədbirlərin keçirilməsinə nail olub. Bunu əsas gətirən azərbaycanlılar İzmirdə yaşayan bütün azərbaycanlılara çağırış edərək, hamılıqla Atilla Sertelə səs verməyə çağırıblar.
Ulduz İbrahimova