Modern.az

Zeynəb Xanlarova Roma Papasından danışdı: "Çox "papa-papa" deyirlər”

Zeynəb Xanlarova Roma Papasından danışdı: "Çox "papa-papa" deyirlər”

14 Aprel 2015, 13:06

“Burada çox "papa-papa" deyirlər. Qırxı çıxmış papa haqqında danışmağa dəyməz. Onun ətrafındakılar bizim düşmənlərimizidir”.

Modern.az xəbər verir ki, bunu xalq artisti, deputat Zeynəb Xanlarova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

ABŞ-dan yeni gəldiyini xatırladan deputat bildirib ki, orada bir sıra görüşlər keçirib: “Hətta Nyu-Yorkun meri ilə görüşdük. Mer mənim ABŞ-da keçirdiyim konsertimə də gəlmişdi.

O, Azərbaycanı çox istədiyini deyirdi. Hətta ailəsi ilə bir yerdə bizim ölkəyə köçmək istədiyini bildirirdi. Yəhudi sineqoqlarında da Azərbaycana məhəbbət olaraq dövlətimizin bayrağı asılıb”.

Xalq artisti hər dəfə xarici ölkədən səfərdən qayıdanda Bakıda başqa gözəlliklər gördüyünü də bildirib. Onun sözlərinə görə, bəziləri bu gözəllikləri görmürlər.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi