Modern.az

Azərbaycanda ilk dəfə "KAMAZ" avtomobili buraxıldı - FOTOLAR

Azərbaycanda ilk dəfə "KAMAZ" avtomobili buraxıldı - FOTOLAR

14 Aprel 2015, 20:42

Bu gün "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi ilə Rusiyanın "KAMAZ" ASC şirkəti arasında imzalanmış uzunmüddətli müqavilə əsasında yığılan ilk "KAMAZ" markalı avtomobil konveyerdən çıxıb. Bu barədə Modern.az-a məlumatı müəssisənin mətbuat xidmətindən veriblər. Məlumata görə, "Gəncə avtomobil zavodu"İB-də "KAMAZ" avtomobillərin yığım xəttinin açılış tədbirində Tatarstan Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "KAMAZ" ASC-nin baş direktoru Sergey Koqoqin və digər qonaqlar iştirak ediblər.

Çıxışlardan sonra "Gəncə avtomobil zavodu" İstehsalat Birliyində yığılan ilk “KAMAZ” markalı avtomobili Tatarstan Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Rüstəm Minnixanov özü konveyerdən çıxarıb və sınaqdan keçirib.

Tədbirin sonunda "Gəncə avtomobil zavodu" İstehsalat Birliyinin rəhbərliyi qonaqları müəssisə və digər yığım xəttləri ilə tanış edib.

"KAMAZ" ASC ilə bağlanmış müqaviləyə görə, ilkin mərhələdə Gəncə avtomobil zavodunda 31 müxtəlif modeldə "KAMAZ" markalı avtomobilin istehsalı planlaşdırılıb. Yığım xəttinın istehsal həcmi ildə 1500 avtomobilin buraxılışına hesablanıb. İlin sonunadək zavodda "KAMAZ" avtomobillərin sənaye yığımı üçün ayrıca yeni sexin təşkili nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, ümumilikdə Gəncə avtomobil zavodunda 8 modeldə 5500-dək ədəd traktor, 21 modeldə 2400-dək ədəd "MAZ" avtomobilləri istehsal olunub.

2015-ci ildə Gəncə avtomobil zavodu 500 ədədə qədər müxtəlif təyinatlı "MAZ" avtomobili, 50 ədədə qədər 21 kub.metr tutumlu AVRO-4 standartına cavab verən HALLER kommunal maşını, 1400-ə yaxın müxtəlif modeldə "Belarus" traktorların və 30-dan artıq "KAMAZ" avtomobilin istehsalı nəzərdə tutub.







Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama