Modern.az

Sağlamlığa ən ziyanlı smartfonlar - SİYAHI

Sağlamlığa ən ziyanlı smartfonlar - SİYAHI

14 Aprel 2015, 23:33


Ekspertlər insan sağlamlığı üçün ən təhlükəli smartfonların reytinqini açıqlayıblar. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, mütəxəssislər xüsusi əmsal sərfini – Specific Absorption Rate (SAR) ölçüblər. Bununla 1 dəqiqə müddətində orqanizmin aldığı elektromaqnit enerjisinin həcmini müəyyənləşdiriblər.

Nəticədə ekspertlər ən zərərli smartfon olaraq 1,46 Vt/kq göstərici ilə HNC One Mini 2-nin adını çəkiblər. Onun ardınca Nokis Asha 503 (1,43 Vt/kq) gəlir. “lider” üçlükdə iPhone 5s (0,979 Vt/kq) də var.

SAR aşağı həcmli smartfonların sırasında Samsung Galaxy Note (0,241 Vt/kq), LG G3 (0,291 Vt/kq), Samsung Galaxy S6 Edge (0,334 Vt/kq), BlackBerry Passport (0,33 Vt/kq) və HTC Desire-ni 620 (0,362 Vt/kq) göstəriblər.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama