Modern.az xəbər verir ki, aprelin 24-də Almaniyanın bir neçə şəhərində "Xocalıya ədalət" kampaniyası çərçivəsində Modern.az xəbər portalının baş direktoru Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən Uşaqlar ” kitabının alman dilində çap olunmuş varinatının və eyni adlı sənədli filmin təqdimatı olacaq.
Kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların yaşadıqları dəhşət həmin uşaqların öz dili ilə oxuculara çatdırılır. Təqdimatın məhz aprelin 24-də olması keçiriləcək olan qondarma erməni soyqırımının 100 illik tədbirinə qarşı cavabdır.
Tədbiri Alman - Azərbaycan Mədəniyyət Evi təşkil edəcək.
Azərbaycan və Türkiyə disporlarının birgə iştirakı ilə böyük toplantılar düzənlənəcək.
Qeyd edək ki, QHT Şurasının maliyyə yardımı ilə indiyədək dünyanın 8 ölkəsində kitab 4 dildə tərcümə edilərək təqdim olunub.
Ulduz İBRAHİMOVA