“Mənim fikrimcə, dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına büdcəyə yenidən baxılması məsələsinə münasibət bildirərkən belə deyib.O qeyd edib ki, ehtiyatda 1 milyard manat vəsait var:
“Büdcə təsdiq ediləndə investisiya layihələri üçün ehtiyat vəsait ayrılıb. Neftin dünya bazarında qiyməti indi 55-60 dollar arasında dəyişsə də, büdcə təsdiq edilən zaman neftin qiymətini 90 dollardan hesablamışdıq. Neftin qiymətinin büdcəyə təsiri 15 faiz təşkil edir ki, bu da cəmi 2 milyard 250 milyon vəsait deməkdir.
Nazirlər Kabineti investisiya layihələrini təstiq edəndə 1 milyard manat ehtiyat saxlamışdı. Hesab edirəm ki, bu doğru addım idi”.
Vahid Əhmədovun bildirib ki, hazırda neftin qiymətində problem yarandığı üçün dövlət büdcəsinə neftdən gələn gəlirlər azalıb:
“Həmin ehtiyat vəsait hesabına büdcədən 1 milyard manat az xərclənəcək. Mənə elə gəlir ki, may ayında büdcəyə yenidən baxılmasına ehtiyac yoxdur”.
Gülşən RAUFQIZI