Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonunda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində qanunsuzluq aşkarlayıb.
Bu barədə Modern.az saytına Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı saxta aksiz markaları ilə markalanan 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqollu aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.
2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilib və hər bir fakt üzrə cinayət işi başlanılıb.
Gülşən RAUFQIZI