Modern.az

Azərbaycanın xaricdən ən çox aldığı məhsullar arasında dərmanlar ilk “5-lik”dədir

Azərbaycanın xaricdən ən çox aldığı məhsullar arasında dərmanlar ilk “5-lik”dədir

15 Aprel 2015, 15:17

Təkcə 7 ayda Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib


Azərbaycan hökuməti yaradacağı sənaye parklarında Rusiyanın farmokologiya ilə məşğul olan şirkətlərinə əlverişli şərait yaratmağa hazırdır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dərman və tibb avadanlıqlarının istehsalı ilə bağlı razılaşma Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Çıbanın rəhbərlik etdiyi nümayəndə heyətinin 2 günlük Bakı səfəri zamanı əldə olunub.

Rusiyalı məmurun səfəri tanışlıq xaraketi daşıyıb. Belə ki, mayın sonunda Bakıda “Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı: farmosevtika və tibb sənayesinin bugünü, sabahı” adlı forum keçiriləcək. Ən yüksək səviyyədə keçiriləcək forumu Rusiya sənaye və ticarət naziri Denis Manturov da ziyarət edəcək. Əsas məqsəd Rusiya və Azərbaycanın tibb sənayesini inkişaf etdirəcək müqavilələrin imzalanmasıdır.

Farmaosevtik təhlükəsizlik bu gün Azərbaycanın əsas məqsədlərindən biridir. Neftçaladakı yod-brom zavodu istisna olmaqla, ölkədə “FarmSintezHolding” şirkətinin tərkibinə məxsus 2 istehsal müəssisəsi var. Türkiyə, İran və Azərbaycanın ortaq təşəbbüsü ilə yaradılan holdinq dərman istehsalı üçün lazım olan substansiya və resursları Avropa ölkələrindən əldə edir.

“FarmSintezHolding”ə daxil olan hər 2 zavod uğurla fəaliyyət göstərib, ildə 150-yə yaxın dərman vasitəsi buraxsa da, bu Azərbaycana kifayət etmir. 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu 2013-cü ilin göstəricisi ilə müqayisədə 5 faiz azdır.

Bununla belə, dərman idxalı Azərbaycana 2014-cü ildə xaricdən aldığı məhsullar arasında 5-ci yerdədir. Rusiyada isə farmasevtika sahəsində fəaliyyət göstərən 2 min şirkətdən 600-ü dərman istehsalı, 1400-ü isə tibbi təyinatlı maddə və substansiyaların istehsalı ilə məşğuldur. Amma Rusiya da dərman və tibb avadanlıqlarının 75 faizini xaricdən alır.

Belə şəraitdə hər iki ölkə üçün yeni farmasevtika zavodlarının tikilməsi və istehsal templərini artırmaq stateji məqsədə çevrilir. Əsas məsələlərdən biri, böyük təbii ehtiyatlar və elmi potensiala malik Rusiya və Azərbaycanın dərman substansiyalarını istehsal etməsi ilə bağlıdır. Xüsusən, Azərbaycanda hələ XIII əsrdən bir çox xəstəliklərin müalicəsində istifadə olunan unikal Naftalan nefti buna nümunə ola bilər. Onun tərkibində xolestrin, cinsi hormonlar, D vitamini və başqa bioloji aktiv maddələr mövcuddur.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev hər iki ölkənin dərman istehsalı sahəsində böyük imkanlarının olduğunu xatırladıb. O qeyd edib ki, bunu Bakıya işçi səfəri zamanı ən böyük Rusiya farmasevt şirkətlərinin rəhbərləri (“BİOKAD”, Herofarm”, “Ximrar”, “Moskva endokrin zavodu”, Milli immunobioloji şirkəti”, “Farma Vam”, “R-Varm”).

Rusiya farmasevt bazarının nümayəndələri ilə danışıqlarda Azərbaycanın 20-dən artıq iri distrübuteri və dərman şirkəti iştirak edib. Sumqayıt kimya sənayesi parkının direktor müavini Zaur Məmmədov vergi güzəştlərinin və bütün lazımi infrastrukturun qurulduğu sənaye parkına yatırımlar etməyə çağırış edib.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama