Modern.az

Həsən Həsənov Rəhim Hüseynovun ittihamlarını cavabsız qoydu: “Dedi-qodulara fikir vermirik” - AÇIQLAMA

Həsən Həsənov Rəhim Hüseynovun ittihamlarını cavabsız qoydu: “Dedi-qodulara fikir vermirik” - AÇIQLAMA

15 Aprel 2015, 15:33

“Həsən Həsənov mətbuatda “bu dedi, o dedi” kimi dedi-qoduların yayılması və işıqlandırılmasını sevmir. İnsanlar arasında konflikt yaranmasını heç istəmir. Bu cür hallar Həsən Həsənovun ümumi iş prinsipinə uyğun deyil”.

Azərbaycanın Polşadakı səfirliyindən səfir Həsən Həsənovla bağlı səslənən ittihamlara cavab olaraq Modern.az-a verilən açıqlamada belə deyilib.
Həsən Həsənovun köməkçisi  açıqlamasında bir məsələni xüsusi vurğulayıb.

“Biz belə məsələləri, bu tipdə olan informasiyaları  Həsən müəllimə çatdırmaqda çox çətinlik çəkirik. Bəzən rastlaşdığımız bu cür sualları başqalarının adından olsa belə, Həsən müəllimə məruzə etmirik. Çünki Həsən müəllimin necə reaksiya verəcəyini bilirik. Demək olar ki, Həsən müəllim mətbuatda haqqında yazılan yazılara cavab verməyi özünə yasaq edib. Dediyim kimi, Həsən Həsənov konfliktlərdən uzaq insandır. Səsləndirdiyiniz suallara da cavab verməyəcəyini vurğulayıb”.

Qeyd edək ki, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun dövründə baş nazir olub. Digər keçmiş baş nazir Rəhim Hüseynov Moderator.az-a müsahibəsində  hazırkı səfir və o zamankı Nazirlər Kabinetinə rəhbərlik etmiş Həsən Həsənov haqda bir sıra ittihamlar səsləndirib.

Namidə  BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi