Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.
Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.
Azərbaycan Respublikası 31 mart 2015-ci il tarixində Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan etmişdi.
Modern.az