Modern.az

Nobel mükafatçısına Nizami Gəncəvi adına Qızıl medal verildi

Nobel mükafatçısına Nizami Gəncəvi adına Qızıl medal verildi

15 Aprel 2015, 17:56

Nizami Gəncəvi adına Qızıl medal Azərbaycan Respublikasının 2014-cü il 16 may tarixli Qanunu ilə təsis edilib. Qızıl medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər.

Modern.az xəbər verir ki, AMEA-nın mükafatları üzrə Ekspert Komissiyasının namizədlər haqqında təqdimatını nəzərə alaraq,  AMEA Rəyasət Heyətinin qərarı ilə medalın namizədlərini  müəyyən edib. Belə ki, mədəniyyət və incəsənət sahəsində mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Məlikov və dünya elminin, habelə Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorovun Nizami Gəncəvi adına Qızıl medalla təltif edilmələri qərara alınıb.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI