Modern.az

Keçmiş deputat, eks-prezidentin silahdaşı öldürülüb

Keçmiş deputat, eks-prezidentin silahdaşı öldürülüb

16 Aprel 2015, 10:10


Ukraynanın Regionlar Partiyasından keçmiş deputat Oleq Kalaşnikov ötən axşam Kiyevdə öldürülüb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onun qohumları jurnalistlərə bildiriblər ki, Kalaşnikovu son zamanlar fiziki cəhətdən məhv etməklə hədələyirdilər. Ancaq buna baxmayaraq, Kalaşnikov Kiyevdən heç yerə getməyib Vinoqradar yaşayış massivindəki mənzilində yaşayıb.

Ukraynanın Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb. Versiyalar arasında onun siyasi fəaliyyəti, o cümlədən Kiyevdə anti-Maydan təşkil etməsi və bizneslə bağlı münaqişə sadalanıb. Qətlə yetirilən keçmiş deputatın eks-prezident Viktor Yanukoviçlə münasibətinin yaxşı olduğu bildirilir.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi