Modern.az

Fransız qadını qətlə yetirən erməni tutuldu

Fransız qadını qətlə yetirən erməni tutuldu

16 Aprel 2015, 13:53


Ermənistan polisi 78 yaşlı Fransa vətəndaşını amansızlıqla qətlə yetirən 48 yaşlı Qevorq X.nı həbs edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə 2011-ci ilin dekabr ayında Armavir vilayətinin Parakar kəndində baş verib. İstintaqa məlum olub ki, Fransa vətəndaşı Minik Harleyi öldürdükdən sonra onun bank kartına sahiblənən Qevorq 2012-ci ilin yanvarında mərhumun Mərakeşdəki evinə gedərək onun bütün sərvətini ələ keçirib.

Bu ilin aprelində İnterpol xətti ilə Mərakeşdə həbs olunan cinayətkar Ermənistana deportasiya olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi