Modern.az

Azərbaycandan alban abidələri ilə bağlı tədqiqatlar aparılır

Azərbaycandan alban abidələri ilə bağlı tədqiqatlar aparılır

Ədəbiyyat

16 Aprel 2015, 15:55
“Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə mühafızə olunan 130-dan çox alban dövrünə aid abidələr mövcuddur. Bu abidələrin bir hissəsi müəyyən dövrlərdə tədqiq olunub, öyrənilmişdir. Gülçöhrə xanım Məmmədova, Davud Axundov, Fəridə xanım Məmmədova və digər tədqiqatçılarımız bu abidələrlə bağlı çox əhəmiyyətli tədqiqiat işləri  aparıblar. Müxtəlif dövrlərdə bu işlər aparılsa da, alban irsi ilə bağlı vahid konseptual mövqenin ortaya qoyulması zərurəti hələ də qalmaqdadır. Qafqaz Albaniyasının tarixi-mədəni irsinin tədqiqi, alban abidələrinin memarlıq və incəsənət xüsusiyyətlərinin öyrənilməsi, yeni alban abidələrinin və maddi irs nümunələrinin aşkara cıxarılması, mövcud abidələrin siyahısının dəqiqləşdirilməsi kimi məsələlər aktual vəzifə kimi qarşımızda qalmaqdadır.  Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı” layihəsi hazırlanmışdır. Proqramın qəbul edilməsi yaxın 10 illik üçün ölkəmizin əsas prioritet inkişaf istiqamətlərindən biri kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf konsepsiyasında əks olunmuşdur. Qafqaz Albaniyası Azərbaycan dövlətçilik tarixinin ən vacib mərhələlərindən biridir. Ona görə də həmin dövrə aid olan abidələrin qorunması və öyrənilməsi çox vacibdir”. Bunu Modern.az saytına “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətçilik tarixinin əsas tərkib hissələrindən olan Qafqaz Albaniyasına aid olan abidələrin qorunması prioritet məsələlərdəndir. Bu istiqamətdə onlar Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, habelə Arxeologiya və Etnoqrafiya İnstitutlarının mütəxəssisləri ilə birlikdə tədqiqatlar aparırlar. “Bununla bağlı olaraq son dövrlər nazirliyin sifarişi əsasında 20-dən çox alban məbədlərində tədqiqat işləri aparılıb. Bu işlərə başda professor Gülçöhrə xanım Məmmədova olmaqla Azərbaycan Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri daha yaxından kömək edirlər.  Daha sonra aparılmış tədqiqatların nəticəsi  “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunda  yaradılan Elmi-Ekspertiza Şurasında mütəxəssislər tərəfindən müzakirə olunur və   təkliflər nazirliyə təqdim edilir. Bu, Mədəniyyət və Turizm Nazirliyinin daim diqqətində olan bir məsələdir”. Telman Kərimli onu da qeyd edir ki, alban abidələrinin tədqiqi istiqamətində beynəlxalq əməkdaşlıq proqramlarının həyata keçirilməsi də çox vacibdir. Bildiyiniz kimi hal-hazırda işğal olunmuş ərazilərimizdə Azərbaycanın Alban dövrünə aid olan abidələrin ermənilər tərəfindən özününküləşdirilməsi getdiyindən bu abidələrin tədqiqi və beynəlxalaq səviyyədə təbliği şox vacibdir.  

Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI