Modern.az

Facebook-da müsabiqə

Facebook-da müsabiqə

Qarabağ

20 Sentyabr 2010, 15:18

Gənclər üçün Təhsil Mərkəzi facebook sosial şəbəkəsinin üzvləri arasında “Təhsil bizim gələcəyimizdir” mövzusunda profil müsabiqəsi elan edib.
Mərkəzdən Modern.az-a bildirilib ki, sosial şəbəkələr vasitəsilə gənclərin müasir təhsilimizlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq məqsədi daşıyan müsabiqə “Facebook”dan səmərəli istifadəni təşviq edir.
Müsabiqədə iştirak etmək istəyənlər profil şəkillərinin yerində təhsilimiz barəsində düşüncələrini, fikirlərini bölüşə bilər, həmçinin bunu ifadə etmək üçün müxtəlif tipli karikaturalar, rəsmlər, foto görüntülər və şüuarlar təsvir edə bilərlər.

Müsabiqə qaydalarına uyğun olaraq ən yaradıcı və təsirli  3 iştirakçı seçiləcək və onlar müvafiq qaydada mükafatlandırılacaqlar.
Qeyd  edək ki, müsabiqənin nəticələri “Facebook” sosial şəbəkəsinin ən aktiv 3 nümayəndəsi və bir neçə mətbuat nümayəndəsi tərəfindən qiymətləndiriləcək. Müsabiqə cari ilin oktyabr ayının 30-dək davam edəcək və 1 həftə sonra nəticələr elan olunacaq. Müsabiqə elanı ilə Mərkəzin www.gtm.az rəsmi internet səhifəsində tanış ola bilərsiniz.

Modern.az


Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama