Modern.az

Leyla Əliyeva - Kədər ötüb gedəcək

Leyla Əliyeva - Kədər ötüb gedəcək

17 Aprel 2015, 12:19

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Kədər ötüb gedəcək” adlı şeiri oxucuların ixtiyarına veririk.

Axşamüstü qəm-kədər
ürəyə sarılanda,
Dan şəfəqləri belə
ruhu oxşamayanda,
Badələr də bomboşdur
ürəyimin içi tək.
İnanmıram, sükut da
Eyləsin mənə kömək...

Günəş Göy qucağında
yuxuya qərq olanda,
Dəli ruzgar səngiyib,
torpağa baş qoyaraq
şirin yuxu tapanda,
Ürəyimi yoxlayım, –
görəsən döyünürmü?.. –
Hə, döyünür! Bunların
bir dəxli varmı ona..?

O döyünür..! Əlbəttə,
döyünməlidir hər vaxt;
O döyünür... Baxmayır
mən dərdliyəm ya xoşbəxt;
Axşamüstü qəm-qüssə
ruhumu tam saranda
sıxacağam mən onu
əllərim arasında...

Axşam çağı yenidən
qəm-qüssəyə batanda,
Rüzgar mənim ruhumu
didib-parçalayanda,
Yalandan, iftiradan
uzaq olduğu üçün
Hisslərimin önündə
diz çöküb, baş əyirəm...
Həm də ki, acıyaraq... –
“Darıxma! Qəm-qüssə də
bir gün ötüb gedəcək”. –
Ürək-dirək verirəm...

Tərcümə edəni: Mahir Qabiloğlu

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI