Modern.az

Yeni metro qatarlarında yayda sərin olacaq - AÇIQLAMA

Yeni metro qatarlarında yayda sərin olacaq - AÇIQLAMA

İqtisadiyyat

17 Aprel 2015, 14:37


“Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədi ilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan və böyük nüfuza malik olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi Fransanın “Alstom” şirkəti ilə 2014-cü il mayın 12-də memorandum imzalanıb. Sənədin şərtlərinə müvafiq olaraq həmin şirkətlə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyət arasında 2014-cü il avqustun 21-də imzalanan sənədə əsasən 5 vaqondan ibarət 3 qatar tərkibinin alınması nəzərdə tutulmuşdu. 3 qatar tərkibindən ikisi artıq Bakıya gətirilib, biri isə hazırda Həştərxan şəhərindən Bakıya yola salınıb”.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin  mətbuat xidməti Nəsimi Paşayev bildirib.

O qeyd edib ki, alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Metropoliten rəsmisi yeni qatarların əvvəlkilərlə müqayisəsini də nəzərə çatdrıb:

“Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrükləri dəyişən cərəyanla ( 380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərrüklərinin gücü 114 kwt idisə, bu qatarların mühərrüklərinin gücü 170 kwt təşkil edir.

Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün 38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur.

Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir. Bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb.

Vaqonun salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb.

Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir.

Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır”.

O bildirib ki, bütün şəbəkə 4 fayl-serverdə yerləşdirilib:

“Metropoliten infrastrukturunun diaqnostika çoxfunksiyalı kompleksinin ən geniş otağı yolölçən sistemlərlə quraşdırılıb. Amma vaqon təkcə yolun və onun üstquruluşu avadanlıqlarının vəziyyətini öyrənmir, həmçinin tunelin əndаzə ölçülərini, işarəvermə, rabitə sistemlərini, təmas relsi, rels dövriyyəsi ilə bağlı müxtəlif vəzifələri yerinə yetirir və tapşırıqları həll edir.

Vaqon teplovizorla da təmin edilib. İstilik ölçülməsinin isə metropoliten üçün əhəmiyyəti vacibdir və bu sahədə yeniliklər gələcəkdə istismar şəraiti ilə yanaşı, metropoliten qurğularına qulluğa baxışı da dəyişəcək. Vaqonda quraşdırılmış sahələrdən biri radiorabitənin keyfiyyətinin yoxlanılmasını yerinə yetirəcək. Bununla da vaqon tuneldə ikən hər hansısa fiziki müdaxilə olmadan rabitənin, o cümlədən dispetçerlə əlaqənin keyfiyyətinin yoxlanılması mümkün olacaq.

Sistemə video və foto registratorlar da daxildir və bunlar kompleksdə quraşdırılacaq son sistemlərdir. Aşkarlanan hər bir qüsurun foto-video görüntüləri dərhal sənədləşdiriləcək. Videoregistrator təkcə vizual görüntülərin əldə olunması üçün vacib deyil, kameralar qüsurların yerini bir millimetr dəqiqliyinə qədər müəyyənləşdirməyə, kabel şəbəkəsinin vəziyyətini əyani görməyə kömək edir. Bu isə sonradan sahəyə xidmət göstərən və qüsurları aradan qaldıranların işini daha da asanlaşdırmaqla, vaxta qənaət olunmasını təmin edir.

Adi metro qatarı tərkibinə daxil olan baş vaqonun skeleti üzərində yığılan bu kompleks 3 əsas işçi və ümumən, 6 hissədən ibarətdir. Hər sahəsi digərindən müvafiq arakəsmə ilə ayrılır və bu da vaqonun strukturunu təxmin etməyə imkan verir”.

 

 

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama